“Donald Trampın özü insanları qəzəbləndirir”
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton keçmiş Prezident, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdini şərh edərkən baş verənlərdə onun özünü günahlandırıb. AYNA xəbər verir ki, bu barədə “The Hill” yazıb.
Klinton Trampın hücumun hazırkı dövlət başçısı Co Bayden və vitse-prezident Kamala Harrisin ritorikasından qaynaqlandığına dair iddiasını tənqid edib. O qeyd edib ki, Donald Trampın özü “insanları qəzəbləndirir”.
"Əgər Tramp əsl lider olsaydı, vəziyyəti sakitləşdirmək üçün əlindən gələni etməli və insanları qəzəbləndirmək üçün siyasətini davam etdirməməli idi", - deyə keçmiş dövlət katibi bildirib.
Eyni zamanda, Klinton Trampın “insanları həyəcanlı və qəzəbli saxladığına” görə güclü siyasi fiqur olduğunu vurğulayıb.
Daha əvvəl Tramp bildirib ki, onu öldürməyə cəhd edən amerikalı Bayden və Harrisin ritorikasına uyğun hərəkət edib. Sabiq Prezident xatırladıb ki, siyasətçilər onu “demokratiya üçün təhlükə” adlandırıb ki, bu da amerikalılarda sui-qəsd cəhdinə səbəb olub.