Bölgənin əsas hissələrindən birinə zərbələr endirilib
Bu gün səhər saatlarında Rusiya kamikadze pilotsuz təyyarələri ilə Kiyev bölgəsinə hücum edib.
AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev Hərbi Administrasiyası məlumat yayıb.
“Kamikadze pilotsuz təyyarələrin hücumu olub. Bölgənin əsas hissələrindən birinə zərbələr endirilib. Xilasedicilər artıq işləyir", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, son sutkada Ukrayna Silahlı Qüvvələri 19 kamikadze dronu məhv edib.