Kemerondan çağırış: “Qərb Putinə qarşı daha sərt mövqe tutmalıdır”

Dünya

10.05.2024 - 17:54

“Qərb Putini kənarda oturtmalı və daha sərt tədbirlər görməyə hazırlaşmalıdır”

“Qərb Rusiya Prezidenti Vladimir Putinə qarşı daha sərt mövqe tutmalıdır”. AYNA “Daily Mail”ə istinadən xəbər verir ki, bunu Britaniyanın keçmiş Baş naziri və hazırkı xarici işlər naziri Ceyms Kemeron deyib.

Britaniya diplomatik xidmətinin rəhbərinin sözlərinə görə, ölkəsi siyasi iradə döyüşündədir və London öz müttəfiqləri ilə birlikdə rəqiblərini məğlub etməlidir.

Kemeron əlavə edib ki, Qərb Putini kənarda oturtmalı və daha sərt tədbirlər görməyə hazırlaşmalıdır.

Kemeron daha əvvəl demişdi ki, Qərb Rusiya və Ukrayna arasındakı hərbi münaqişədən dərs almayıb. Onun fikrincə, Qərb ölkələri başa düşməlidirlər ki, tərəddüd onların avtoritar rəqiblərini gücləndirəcək.

Müəllif: Ayna.az