Kelloq: "Baydenin səhvi Putinlə danışmamaq idi”

Dünya

09.01.2025 - 13:19

Həkimlər Klinikalar SEO Xidməti

“Prezident Baydenin etdiyi ən böyük səhv o idi ki, o, heç vaxt Putinlə heç bir danışıqlara getmədi”

“Co Baydenin Rusiya lideri Vladimir Putinlə danışıqlardan imtina etmək qərarı ABŞ rəhbərinin etdiyi ən böyük səhvi idi”. AYNA bildirir ki, bu sözləri ABŞ-ın yeni Prezidenti Donlad Trampın Ukrayna üzrə gələcək xüsusi nümayəndəsi Keyt Kelloq deyib.

“Məncə, Prezident Baydenin etdiyi ən böyük səhv o idi ki, o, heç vaxt Putinlə heç bir danışıqlara getmədi”, – Kelloq “Fox News”a deyib.

Kelloq Baydenin iki ildən artıqdır ki, Rusiya Prezidenti ilə danışmadığını xatırladıb: “Prezident Tramp həm rəqibləri, həm də müttəfiqləri ilə danışır və bunun asan olmadığını bilir. Lakin o, əslində bilir ki, son nəticəyə çatmaq üçün insanlarla danışmaq lazımdır və o, bunu edəcək”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş