Kanada sahilində güclü zəlzələ olub

Dünya

17.09.2023 - 21:14

Kanada sahilində 5,6 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.

Xidmətin verilənlərinə görə, yeraltı təkanların episentri əhalisi təxminən 2 min nəfər olan Port-Makneyll şəhərindən 228 km qərbdə yerləşib. Zəlzələnin dərinliyi 10 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ayna.az