"Dərs yükü daha yüksək bal toplamış müəllimlər arasında ədalətli şəkildə bölüşdürülməlidir”
Təxminən 56 mindən artıq müəllimin əmək haqqı artırılıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində “Sertifikatlaşdırma 2025: peşəkar müəllim-keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, işdən azad edilmiş müəllimlərin yerinə yeniləri təyin edilmir, çünki həmin məktəblərdə müəllim sıxlığı mövcuddur.
"Hər bir müəllim bilməlidir ki, məsələn, əgər məktəbdə 28 müəllim varsa, bu halda əməkhaqqı yüksək olmayacaq. Dərs yükü daha yüksək bal toplamış müəllimlər arasında ədalətli şəkildə bölüşdürülməlidir”, - nazir qeyd edib.