Saxlanılanların hamısı müxalif “Daşnaksütyun” Partiyasının üzvləridir
Ermənistan İstintaq Komitəsi 7 vətəndaşın terrorçuluqda şübhəli bilinərək saxlanıldığını açıqlayıb. Bu barədə AYNA.AZ erməni mediasına istinadən bildirir.
"Hazırda 7 nəfər saxlanılıb, onlardan biri Cinayət Məcəlləsinin 43-308-ci maddəsinin 1-ci hissəsi ilə ittiham olunub", - məlumatda qeyd edilib.
Bildirilib ki, saxlanılanların hamısı müxalif “Daşnaksütyun” Partiyasının üzvləridir. Partiya artıq həbsləri siyasi repressiya adlandırıb.