Polşa Prezidenti NATO-nu hədələyib

Dünya

10.07.2025 - 14:16

cedabet dərman SEO Xidməti

Duda NATO-nu Ukraynaya yardım çatdırmaq üçün hava limanını bağlamaqla hədələyib

Polşa Prezidenti Anjey Duda NATO-nu Ukraynaya hərbi yardımın çatdırılması üçün əsas logistika mərkəzi olan Rzeşovdakı Yasionka hava limanını bağlamaqla hədələyib. AYNA.AZ xəbər verir ki, bu barədə Prezident jurnalistlərə müsahibəsində deyib.

Duda qeyd edib ki, Polşa Ukraynaya yardımın Polşa ərazisi vasitəsilə çatdırılmasına qərar verən “çox mühüm beynəlxalq qurumlara” dəvət olunmayıb.

"Hesab edirəm ki, həm ukraynalılar, həm də bizim müttəfiqlərimiz sadəcə olaraq Rzeşovdakı hava limanının və magistrallarımızın onlara məxsus olduğunu düşünürlər. Amma bu, onların deyil, bizimdir", - Duda qeyd edib.

Polşa rəhbərinin sözlərinə görə, kiminsə xoşuna gəlməyən bir şey varsa, Varşava onu bağlayır və “əlvida” deyir.

Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış İsveç və Finlandiyanın NATO-ya qoşulmasından sonra Baltik dənizinin Alyansın daxili dənizinə çevrildiyini bildirib. Qeyd olunub ki, o bu bəyanatı sahilyanı yerüstü müşahidə radarlarının tədarükünə dair müqavilə imzalayarkən verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş