Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Xəbərlər

10.07.2025 - 09:19

cedabet dərman SEO Xidməti

15 ölkədən səyyahların yer aldığı heyətə amerikalı Charles Veley rəhbərlik edir

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. Səfər iştirakçıları ilk olaraq Füzuli rayonuna gəliblər.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.

Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş