“Politico”: Avropa ABŞ-ın Ukrayna siyasətindəki dəyişiklikdən şoka düşüb

Dünya

10.07.2025 - 13:42

cedabet dərman SEO Xidməti

“Artıq bizi heç nə təəccübləndirmir, biz hər şeyə hazır olmalıyıq”

Avropa ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı siyasətində gözlənilməz dəyişikliklərdən şoka düşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” mənbələrinə istinadən məlumat yayıb.

“Artıq bizi heç nə təəccübləndirmir, biz hər şeyə hazır olmalıyıq”, - NATO ölkələrindən birinin adının açıqlanmasını istəməyən diplomatı deyib.

Ötən həftə Pentaqonun Kiyevə hərbi yardımı dayandırmaq qərarı Qərbi şoka salıb. Qəzet yazır ki, bu həftə Tramp Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəyini vəd edir və Rusiya Prezidenti Vladimir Putini tənqid edir. Nəticədə Avropa ölkələri Pentaqona kimin rəhbərlik etdiyi ilə bağlı çaşqınlıq içindədirlər. Avropa müxtəlif ssenarilərə hazırlaşmağa başlayır ki, bu da Ukrayna ilə bağlı vahid strategiyanın hazırlanmasını çətinləşdirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş