Kamil Zeynallı Rusiyada saxlanılıb

Hadisə

21.02.2024 - 03:24

Həkimlər Klinikalar SEO Xidməti

Kamil Zeynallı sabah məhkəməyə çıxarılacağını söyləyib

Fitnes məşqçisi Kamil Zeynallı Rusiyada saxlanılıb. AYNA xəbər verir ki, o, bu barədə "Instagram" səhifəsində məlumat verib.

“Azərbaycana gəlirdim. Rusiyanın Domodedovo şəhər aeroportunda polislər məni saxlayıb bölməyə gətirdilər. Dedilər ki, Ermənistan məni beynəlxalq axtarışa verib. Bildirdilər ki, ya səni Ermənistana təhvil verəcəyik, ya da onlar gəlib səni burdan aparacaqlar. Səhər məhkəmə qarşısına çıxarılacağam”, - o deyib.

K.Zeynallı bildirib ki, o, ötən ilin mayından axtarışa verilib: “Lakin maydan indiyədək 3-cü dəfədir, Rusiyaya gəlib-gedirəm, indi həbs elədilər. Ümid edirəm ki, dövlət qurumlarımız mənə dəstək olacaqlar. Qoymazlar ki, məni onlara təhvil versinlər. Hazırda polis bölməsindəyəm. Gözləyirəm, inşallah yaxşı olar”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş