“Kadırovçular” Melitopol xəstəxanasında: çeçen döyüşçülər gecələr orada qalırlar

Dünya

07.11.2022 - 13:10

cedabet dərman SEO Xidməti

Rusiyadan gələn həkimlər işləmək istəmirlər və oradan mümkün qədər tez getməyə çalışırlar

“Melitopol xəstəxanasında artıq rus işğalçıları var. Gecələr çeçenlər gəlib xəstəxanada qalırlar”. AYNA Ukrayna mediasına istinadən bildirir ki, bu barədə məlumatı Melitopol meri İvan Fedorov verib.

“Əgər əvvəllər Melitopol xəstəxanasında rəşist hərbçilərin olmadığını, sadəcə mülki vətəndaşların olduğunu deyirdiksə, ötən həftədən raşistlər bizim xəstəxanaya sığınmağa başlayıblar”, - deyə mer qeyd edib.

Fedorov deyib ki, “Kadırovçular” adlanan çeçen döyüşçülər gecələr xəstəxanaya gəlirlər və orada qalırlar: “Aydındır ki, antisanitar şərait həkimlər üçün təhlükəlidir. Buna görə, həkimlərin əksəriyyəti artıq gediblər”.

Mer eyni zamanda, qeyd edib ki, rusların dinc əhaliyə harda və necə davranmalı olduqları veclərinə deyil: “Onlar mülki əhaliyə, guya işğal ərazisində azad etdikləri insanlara fikir vermirlər. Tibbi yardımdan söhbət gedə bilməz, çünki işğalçılar müvəqqəti zəbt etdikləri yerlərə lazımi dərman preparatları vermirlər. Eyni zamanda, Zaporojyedən olan könüllülər vasitəsilə lazım olan hər şeyi təmin etməyi qadağan ediblər”.

"Onlar Rusiyadan Melitopol şəhərinə bir neçə qonaq-həkim göndərirlər. Amma əslində gələnlər orada işləmək istəmirlər, işğal olunmuş əraziləri mümkün qədər tez tərk etməyə çalışırlar", - Fedorov vurğulayıb.

Fedorov daha əvvəl məlumat vermişdi ki, Ukraynanın işğal olunmuş ərazilərində Rusiya nümayəndələri sakinlərə saatları qış vaxtına keçirməyi qadağan ediblər. Bununla yanaşı, Rusiya hərbçiləri Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazilərində rəsmən hərbi senzura tətbiq ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş