İsrail Prezidentindən hökumətə çağırış: “Etirazçıları dinləmək lazımdır”

Dünya

13.02.2023 - 14:40

cedabet dərman SEO Xidməti

İshaq Hersoq: “Kənardan gələn təhdidlər kifayət qədər böyükdür”

İsrail Prezidenti İshaq Hersoq televiziya ilə çıxışında hökumətin təşviq etdiyi məhkəmə islahatına qarşı minlərlə etirazın nəticəsi olaraq ölkənin "konstitusiya və sosial çöküşün" astanasında olduğunu xəbərdar edib və hökuməti etirazçıların tələblərinə qulaq asmağa çağırıb. AYNA xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Dialoqun olmaması bizi içəridən parçalayır və mən sizə yüksək səslə, aydın şəkildə deyirəm: bu barut çəlləyi partlamaq üzrədir. Bu fövqəladə haldır”, Prezident qeyd edib.

Hersoq vurğulayıb ki, Baş nazir Benyamin Netanyahu hökumətinin planlaşdırdığı dəyişikliklərin İsrail demokratiyasının gələcəyi, onun xarici investorlar üçün cəlbediciliyi və müttəfiqlərlə əlaqələri ilə bağlı şübhələr yarada biləcək qədər radikal olmasından ciddi narahatlıq var.

Qeyd edək ki, Baş nazir və tərəfdarları hakimlərin təyinatında hökumətin rolunu artırmaq və Ali Məhkəmənin səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq istəyir.

Media məhkəmə islahatlarına qarşı etirazların Qüdsdə və İordaniyanın Qərb sahilində israillilərlə fələstinlilər arasında artan zorakılıq fonunda keçirildiyinə diqqət çəkir.

Bununla bağlı isə Hersoq bildirib: “Kənardan gələn təhdidlər kifayət qədər böyükdür. Kompromisə nail olmaq üçün birgə iş və danışıqlara ehtiyac var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş