“Buraxılan raket yalnız saniyədə 7350 metr sürət yığa bilib”
İranın kosmosa buraxdığı raket lazım olan sürətə çata bilmədiyi üçün faydalı yükü orbitə çıxara bilməyib.
AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Müdafiə Nazirliyinin rəsmisi Əhməd Hüseyni bildirib.
Hüseyni deyib ki, faydalı yükün orbitə çıxması üçün daşıyıcı raketin sürəti saniyədə 7600 metrdən yuxarı olmalıdır: “Lakin buraxılan raket yalnız saniyədə 7350 metr sürəti yığa bilib”.