İranın İsfahan əyalətində partlayış baş verib

Dünya

19.04.2024 - 11:18

Partlayış İsfahan beynəlxalq hava limanı və ordunun hərbi hava qüvvələri bazası yaxınlığında baş verib

İranın İsfahan əyalətində partlayış baş verib. AYNA xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Bildirilib ki, partlayış vilayətin şimal-şərqində, İsfahan beynəlxalq hava limanı və ordunun hərbi hava qüvvələri bazası yaxınlığında baş verib.

Partlayışın səbəbləri müəyyənləşdirilir.

Təxminən 40 dəqiqə sonra agentlik yerli mənbələrə istinadən əyalətin şimal-qərbində hərbi baza yaxınlığında daha üç partlayışın baş verdiyini bildirib.

Onların sözlərinə görə, əyalətin inzibati mərkəzinin hava limanı və İran hərbi hava qüvvələrinin 8-ci bazası yaxınlığında yerləşən Kexcavaristan şəhərində partlayış səsləri eşidilib.

Müəllif: Ayna.az