İranda zəlzələdə yaralananların sayı artır

Dünya

29.01.2023 - 17:29

Fəlakət nəticəsində xəsarət alanların sayı minə yaxınlaşır

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş vermiş zəlzələdə xəsarət alanların sayı 970 nəfəri ötüb.

AYNA xarici mediaya istinadən bildirir ki, zəlzələ nəticəsində 3 nəfər ölüb, 973 sakin isə yaralanıb.

Təbii fəlakət nəticəsində zərərçəkənlərin sayının artması istisna olunmur.

Müəllif: Ayna.az