“Bəli, İlon klubu almaq istəyir. Amma bu o demək deyil ki, onu alacaq”
Amerikalı sahibkar, milyarder İlon Mask İngiltərənin "Liverpul" futbol klubunu almaq istəyir. AYNA xəbər verir ki, bu barədə milyarderin atası Errol Mask “The Guardian”a bildirib.
“Bəli, İlon klubu almaq istəyir. Amma bu o demək deyil ki, onu alacaq. O, bunu istərdi”, ata Mask qeyd edib.
Qeyd edək ki, klub hazırda Amerika investisiya şirkəti “Fenway Sports Group-a” (FSG) məxsusdur. İngiltərə Premyer Liqasının cari mövsümündə keçirilən 19 oyundan sonra "Liverpul" 46 xalla turnir cədvəlinə başçılıq edir.