İdmançılarımız Ermənistanda keçiriləcək çempionatda iştirak edəcəklər?

İdman

20.03.2023 - 15:11

Federasiya: “İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir”

Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan idmaçılarının Ermənistanda keçiriləcək Avropa çempionatında iştirak edəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirib.

AYNA-nın xəbərinə görə, Federasiyadan Apasport-a bildirilib ki, yığma komandamızın Ermənistanda keçiriləcək təsnifat xarakterli Avropa çempionatında iştirakı ilə bağlı məlumatlar Avropa Ağır Atletika Federasiyasının sifarişlərin qəbulu üzrə onlayn sistemi vasitəsilə ilkin olaraq göndərilib.

“İştirak ilə bağlı son təsdiq aprelin 11-nə qədər sistem vasitəsilə təqdim edilməlidir. Sadəcə, prosedur qaydalarına riayət və təmin olunması üçün təmaslar olmalıdır. Bu proses isə hələ başlamayıb. Əlavə məlumat olduqca, ictimaiyyətə məlumat veriləcək", - deyə federasiyadan qeyd ediblər.

Müəllif: Ayna.az