AVRO-2020: Uels - İsveçrə matçında qalib müəyyənləşmədi

İdman

12.06.2021 - 19:26

74-cü dəqiqədə Kiffer Mur bərabərlik qoluna imza atıb

 

Bakı Olimpiya Stadionunda keçirilən Avropa çempionatının A qrupunun Uels - İsveçrə oyunu başa çatıb.

 

AYNA-nın məlumatına görə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

 

İlk hissədə hər iki komanda təhlükəli epizodlar yaratsa da, qol vurulmayıb. Görüşdə hesab 49-cu dəqiqədə açılıb. İsveçrənin heyətində Bril Embolo rəqibi mərkəzə dəvət edib. 74-cü dəqiqədə isə Kiffer Mur bərabərlik qoluna imza atıb.

 

84-cü dəqiqədə İsveçrə yığmasından Mario Qavranoviç topu rəqib qapısından keçirib. Lakin baş hakim Kleman Türpen VAR-dakı referilərə müraciət etdikdən sonra oyundankənar vəziyyət olduğunu bildirib və qolu qeydə almayıb.

 

A qrupunun ilk oyununda İtaliya Türkiyəni 3:0 hesabı ilə məğub edib.

 

Qeyd edək ki, təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels matçı ilə yanaşı, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Müəllif: Ayna.az