Qvardiola dünyanın ən yaxşı məşqçisi seçilib

İdman

20.05.2021 - 18:18

İkinci yerdə Antonio Konte, üçüncü pillədə isə Dieqo Simeone qərarlaşıb

 

“FourFourTwo” nəşri dünyanın ən yaxşı 50 məşqçisinin adlarını açıqlayıb. AYNA xəbər verir ki, siyahıya "Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola başçılıq edir. İkinci yerdə Antonio Konte ("İnter"), üçüncü pillədə isə Dieqo Simeone ("Atletiko") qərarlaşıblar.

 

İlk onluqda sonrakı yerləri Yurgen Klopp ("Liverpul"), Yulian Naqelsmann ("Leyptsiq"), Hans-Diter Flik ("Bavariya"), Tomas Tuhel ("Çelsi"), Maurisio Poçettino (PSJ), Can Pyero Qasperini ("Atalanta"), Brendan Rocers ("Lester") tutublar.

 

Xatırladaq ki, X.Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Onun rəhbərliyi ilə cari mövsümdə İngiltərə çempionatının qalibi olan komanda, həmçinin UEFA Çempionlar Liqasının finalında “Çelsi” ilə qarşılaşacaq.

Müəllif: Ayna.az