"Qarabağ" aparıcı futbolçusunu itirdi

İdman

15.02.2020 - 17:33

 Ailton Silvan növbəti turda "Sumqayıt"a qarşı oynaya bilməyəcək

 

Azərbaycan Premyer Liqasının XVII turunda "Zirə"nin qonağı olan “Qarabağ” klubu ciddi itki ilə üzləşib.

 

AYNA-nın məlumatına görə, Ağdam təmsilçisi aparıcı futbolçusu Ailton Silvanı itirib. İkinci hissədə sarı vərəqə görən braziliyalı müdafiəçi limiti keçdiyi üçün cəzalı duruma düşüb. 24 yaşlı futbolçu növbəti turda "Sumqayıt"a qarşı oynaya bilməyəcək.

 

Qeyd edək ki, Ailton əvvəlki sarı vərəqələri IV və XVI turun "Neftçi", XIV turun "Keşlə" ilə matçlarında alıb.

Müəllif: Ayna.az