Hindistanın MiQ-21 qırıcısı qəzaya uğrayıb, pilot ölüb

Dünya

25.12.2021 - 04:29

Həkimlər Klinikalar SEO Xidməti

Qəza təlim uçuşu zamanı baş verib

Hindistan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb.

AYNA-nın məlumatına görə, bu barədə HHQ-nin “Twitter” səhifəsində məlumat verilib.

Qəza nəticəsində pilot - HHQ-nin qanad komandiri Harşit Sinhan həlak olub.

Qəzanın təlim uçuşu zamanı baş verdiyi bildirilib.

Qeyd edək ki, Hindistanda bu il 5 MiQ-21 qırıcı təyyarəsi qəzaya uğrayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş