Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Dünya

24.04.2024 - 07:38

Hindistan 250 kilometr mənzilli “Kristal Maze-2” ballistik raketini uğurla sınaqdan keçirib.

AYNA xəbər verir ki, bu barədə "ANI" agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən orta mənzilli ballistik raketin sınağı onun əməliyyat qabiliyyətini sübut edib.

“Crystal Maze 2” (Kristal Meyz) kimi tanınan raketin sınaq buraxılışı Hindistanın ittifaq ərazilərindən - Andaman və Nikobar adalarından həyata keçirilib.

Raket Su-30MKI qırıcısından buraxılıb və hədəfinə çatıb.

Müəllif: Ayna.az