Hesablama Palatasına yeni auditor təyin edilib

Xəbərlər

30.12.2022 - 13:26

cedabet dərman SEO Xidməti

Komitə sədri: “Dövlət büdcəsi böyüdüyü üçün yeni auditora ehtiyac var”

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vüqar İbrahimovun Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyi müzakirə olunaraq təsdiqlənib.

AYNA xəbər verir ki, onun namizədliyi parlamentin sədri Sahibə Qafarovanın təqdimatı ilə irəli sürülüb.

V.İbrahimov 2007-ci ildən Hesablama Palatasında çalışır, hazırda qurumun aparat rəhbəridir.

Komitə sədri Tahir Mirkişili bildirib ki, dövlət büdcəsi böyüdüyü üçün Hesablama Palatasında yeni auditora ehtiyac var.

Məsələ səsə qoyularaq qəbul edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş