Nazirlikdən hava xəbərdarlığı

Xəbərlər

31.08.2019 - 14:11

Bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir

 

Bakı və Abşeron yarımadasında sentyabrın 1-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti təşkil edəcək. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80%, gündüz 55-65% olacaq. 

 

Abşeron çimərliklərində

 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək.

 

Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti təşkil edəcək.

Müəllif: Ayna.az