Pentaqon rəhbərinin müşavirləri ona prezident seçkilərində iştirak etməyi təklif edirlər
Pentaqonun rəhbəri Pit Heqset 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə bilər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Heqsetin müşavirləri ona prezident seçkilərində iştirak etməyi təklif edirlər.
CNN-in mənbəsinin fikrincə, Heqsetin ictimai tanınmışlığı onun siyasi fəaliyyətinə kömək edə bilər. Respublikaçılar Partiyasının gələcək namizədləri ilə bağlı qeyri-müəyyənlik fonunda müşavirlər nazirə dəfələrlə seçkilərdə iştirak etməyi düşünməyi məsləhət görüblər.
Telekanalın həmsöhbətləri prezidentliyə mümkün namizədlər arasında ABŞ dövlət katibi Marko Rubionun və vitse-prezident Cey Di Vensin də adını çəkiblər.
Hazırda respublikaçılar Konqres seçkilərinə fəal hazırlaşırlar. ABŞ Prezidenti Donald Tramp isə partiyasının Konqresdəki çoxluğunu qorumağa çalışır.