Hataydakı zəlzələdən sonra sunami xəbərdarlığı edilib

Dünya

20.02.2023 - 22:27

cedabet dərman SEO Xidməti

Bu gün Türkiyədə ardıcıl 2 güclü zəlzələ olub

Türkiyənin Hatay vilayətində baş verən 6,4 bal maqnitudalı zəlzələdən sonra sunami xəbərdarlığı edilib.

AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş