Hadisə zamanı dörd polis əməkdaşı da yaralanıb
Haitinin paytaxtı Port-o-Prins şəhərində həbsxanasından qaçmağa cəhd edən məhbuslardan 10-u öldürülüb. AYNA xarici mediaya istinadən bildirir ki, 8 məhbus yerindəcə məhv edilib.
Daha iki məhkum isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, hadisə zamanı dörd polis əməkdaşı da yaralanıb.
Qeyd olunur ki, məhkumlar qaçmağa cəhd edərkən həbsxananın yeməkxanasını və anbarını yandırıblar.