Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən iki nəfər saxlanılıb

Xəbərlər

20.10.2022 - 11:32

cedabet dərman SEO Xidməti

Dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb

Oktyabrın 20-də saat 01:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı Gürcüstandan Azərbaycan istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmuş 1-i azyaşlı olmaqla, 2 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Ağstafa rayonu Poylu kənd sakini 2003-cü il təvəllüdlü Mirzəyev Aqid Murad oğlu və Yevlax şəhər sakini 2018-ci il təvəllüdlü Bukavadze Şahin Roman oğlu olduğu məlum olunub.

Fakt üzrə araşdırma tədbirləri dаvаm еtdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş