Göygöldə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

Xəbərlər

17.03.2023 - 00:27

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az