Hadisəni törədən əqli qüsurlu şəxs saxlanılıb
Goranboyda ov tüfəngi ilə qətl törədən şəxs saxlanılıb. AYNA.AZ-ın APA-ya istinadən xəbərinə görə, Goranboy rayonunun Bağçakürd kəndində 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O. Həsənov saxlanılıb.
O.Həsənovun əqli qüsurlu olduğu bildirilir.
Qeyd edək ki, Goranboyda güllələnmə hadisəsi baş verib. Məlumata görə, rayon sakini 1952-il il təvəllüdlü Qələndər Muradov 1995-ci il təvəllüdlü Orxan Həsənov tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb.
Faktla bağlı araşdırma aparılır.