Fukusima sahillərində güclü zəlzələ olub

Xəbərlər

13.02.2023 - 10:42

cedabet dərman SEO Xidməti

Zəlzələnin mənbəyi okeanın 60 kilometr dərinliyində olub

Yaponiyanın Fukusima prefekturasının sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

AYNA xarici mediaya istinadən bildirir ki, məlumatı Yaponiyanın Milli Meteorologiya Departamenti yayıb.

Zəlzələnin mənbəyi okeanın 60 kilometr dərinliyində olub.

İtkilər və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Xatırladaq ki, 2011-ci il martın 11-də Yaponiyada 9,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində “Fukusima – 1” AES-də qəza baş verib. Qəzadan sonra 160 min insan öz evlərini tərk etməli olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş