"Qarabağ"ın dünənki oyununda təxribat törədən ermənilərə zərbə

Xəbərlər

04.10.2019 - 16:38

""Qarabağ"ın qələbəsi ermənilərin təxribatlarına ən layiqli cavab idi"

 

Avropa Liqasının qrup mərhələsinin ikinci turunda keçirilən “Düdelanj”- “Qarabağ” oyununda təxribat törədən ermənilərə məxsus “First Armenian Front” səhifəsi "Facebook" tərəfindən bloklanıb. Bu barədə AYNA-ya jurnalist Samir Feyruzov məlumat verib. 

""Qarabağ" - "Dudelanj" oyunundakı erməni təxribatından sonra ermənilərin “First Armenian Front” səhifəsi ilə bağlı gecədən səhərə qədər şikayətlər etmişəm, kütləvi olub bunlar. Məktublar yazıb, zəng etmişəm. Təxminən, 7-8 saat fasiləsiz kütləvi bot şikayətlər etdim, sevinirəm ki, nəticə əldə olundu, ermənilərin səhifələri bağlandı, bloklandı. Cənab Prezidentin dünənki çıxışı və "Qarabağ"ın qələbəsi ermənilərin təxribatlarına ən layiqli cavab idi. Erməni təxribatçılarının səhifəsinin də bağlanması yaxşı oldu", - deyə S.Feyruzov bildirib.

 

Müəllif: Mərahim Nəsib