FTB Baydenin evində axtarış edir

Dünya

01.02.2023 - 21:07

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentin tam razılığı ilə onun evində planlı axtarış aparılır

ABŞ Ədliyyə Nazirliyinin göstərişi əsasında Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları ölkə Prezidenti Cozef Baydenin Delaver ştatının Rebohot Biç şəhərindəki şəxsi evində məxfi sənədlərin saxlanması işi çərçivəsində axtarış aparır.

AYNA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

“Bu gün Prezidentin tam razılığı və əməkdaşlığı ilə Ədliyyə Nazirliyi onun Delaver ştatının Rebohot şəhərindəki evində planlı axtarış aparır”, - telekanal C.Baydenin vəkili Bob Bauerdən sitat gətirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş