“Milli Koalisiya Partiyası Ukraynanı Rusiyanın bir hissəsi adlandıran namizədi regional seçki siyahısından çıxarıb”
Finlandiyada Milli Koalisiya Partiyasından olan siyasətçi Yohanna Turja Ukraynanı Rusiyanın bir hissəsi adlandırdığı üçün seçkilərdən kənarlaşdırılıb. AYNA xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.
“Milli Koalisiya Partiyası Ukraynanı Rusiyanın bir hissəsi adlandıran namizədi regional seçki siyahısından çıxarıb” deyə qeyd olunub.
Portalın məlumatına görə, Turja sosial şəbəkələrdəki paylaşımlardan birinə şərhdə yazıb ki, “Ukraynanın sərhədləri heç vaxt rəsmi şəkildə təsdiqlənməyib”. O, əlavə edib ki, Ukrayna “həmişə Rusiyanın bir hissəsi olub”.