“Fatih”in kəşfi Türkiyəyə nə vəd edir – <font color=red> QAZANC və RİSK</font>

İqtisadiyyat

29.08.2020 - 19:24

Həkimlər Klinikalar SEO Xidməti

Mütəxəssislərin fikrincə, Qara dənizdə tapılan qaz yatağı daxili tələbatın 15-20 faizini ödəyə bilər

 

Qara dənizdə Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi həyata keçirilib. “Fatih” kəşfiyyat gəmisi tərəfindən araşdırma aparılan bölgədə, “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı olan yataq aşkarlanıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə əsas hədəflərinin 2023-cü ildə Qara dəniz qazının ölkə əhalisinin istifadəsinə verilməsi olduğunu vurğulayıb.

 

Maraqlıdır, Qara dənizdə kəşf edilən qaz yataqları Türkiyənin gələcəyinə nə vəd edir? Bu, Türkiyənin xaricdən asılılığını azaltamağa təkan verəcəkmi? AYNA mövzu ətrafında ekspertlərin fikirlərini öyrənib.

 

Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban Türkiyədə bir çox məsələlərin “Cümhuriyyət 100” tarixinə hədəfləndiyini, Türkiyə dövlət başçısının bəyanatının isə daha çox siyasi bəyanat olduğunu bildirib: “Çünki bu, faktiki olaraq təcrübədə mümkün deyil. 2020-ci ilin artıq ikinci yarısıdır. Real və dəqiq rezervlər məlum deyil və əlavə quyular qazılmalıdır. Bu yataq kəşfiyyat quyusu nətəcəsində açılıb. Ondan sonra isə, adətən, qiymətləndirmə quyusu qazılır. Qiymətləndirmə quyusu da yatağın cinahlarında qazılır. Yəni şimal, cənub, şərq və qərb istiqamətində. Yalnız bundan sonra məlum olur ki, bu, həmin rəqəmdir, yoxsa ondan yüksək və ya aşağıdır. Bütün bunlar olandan sonra yatağın işlənməsinin, layihələndirilməsin ilkin mərhələsinə başlanılır. Ondan sonra isə daha müfəssəl layihələndirməyə start verilir. Adətən, birincisinə 10 ay, ikincisinə isə 1 il lazım olur. Yəni təkcə 2 il layihələndirilmə işləri aparılır. Bu isə sadəcə layihələndirmə deyil, həm də kommersiya baxımından nə qədər kapital qoyuluşu lazımdır, bütün bunların ərsəyə gəlib hansı müddətdə işlənməsi uyğundur və orada yatağın istismarı üçün hansı həcmdə qazın çıxarılmasının əlverişli olmasıdır”.

Oxu.az - İlham Şaban: Reallıq göstərdi ki, zamanla ayaqlaşa bilərik -  MÜSAHİBƏ

“Bizdə də “Şahdəniz 1” layihəsində platformanın gücü 2006-cı ilin noyabrında 8 milyard idi. Sonradan kapital qoyuldu və gücü 11 milyarda qədər artırıldı. Bəs, nə üçün 8 milyard götürülmüşdü? Çünki 8 milyard həcm onun satışı, ikincisi isə kapital xərcləri idi. Məsələn, platformanın gücü 8 milyarddan yuxarı artırılsa, həmin xərclər dəhşətli dərəcədə artar. Başqa cür desək, avtomobillərin texniki pasportunda şəhərlərarası optimal sürət 90 kilometr (km) yazılır. Deyək ki, 90 km-də avtomobilin 7-8 litr yanacaq sərfiyyatı var. 100 km-dən sonra daha çox sərfiyyatdır. 120 km-dən sonra isə iki dəfə çox sərfiyyatdır. Bax, bu da eynən belədir. Yəni, sən istəyirsənsə ki, daha çox çıxarasan, sənin bütün avadanlığın aşağı gücdəkindən daha böyük gücə malik olmalı, istənilən fors-major hallara, təzyiqlərə davamlı olmalıdır. Orada hasil edilən xammalın sahilə gətirilməsi üçün də daha iri diametrli boru kəməri lazım olacaq. Ona görə də mən hesab edirəm ki, Türkiyədə aşkar edilən həmin yataqdan maksimum 8-10 milyard kubmetr qaz çıxarıla bilər”, - müsahibimiz vurğulayıb.

 

Mütəxəssis məsələyə uyğun olaraq, Türkiyənin illik qaza olan tələbatına da toxunub: “Türkiyənin 2017-ci ilə qədər qaza olan təlabatı 55 milyard kubmetr idi. Ancaq ötən il bu tələbat 45 milyarda çatmadı. Çünki ölkədə ardıcıl olaraq iqtisadi enişlər oldu. Bundan əlavə, qışın mülayim, yayın sərin keçməsi, Türkiyənin aldığı qazın 70 fazini energetikada istifadə etməsinə şərait yaratdı. Daha bir faktor isə pandemiya ilə bağlı oldu. Düzdür, pandemiyaya görə enerji sərfiyyatı bütün dünyada azdır. Ancaq dünyada bazar iqtisadiyyatıdır. Bu baxımdan götürsək, Türkiyənin qaza olan tələbatı yenidən 55 milyard da ola bilər, 50 milyard da. Çünki Türkiyə Cümuriyyətin 100 illiyinə Atom Elektrik Stansiyasını da işə salmaq istəyir. Təbii ki, onun özü də enerji sərfiyyatına ehtiyac duyur. Bundan əlavə, Türkiyədə çox sürətlə alternativ energetika sahəsi inkişaf edir. Ona görə də bu kimi faktorları nəzərə alsaq, Türkiyənin Sakarya yatağından alacağı qaz ehtiyaclarının ancaq 15-20 faizini ödəyə biləcək”.

Nefti 20 dollara kim satacaq?-Kənan Aslanlıdan AÇIQLAMA – SumqayitXeber.Com

İqtisadçı-ekspert Kənan Aslanlı da hesab edir ki, “Tuna-1” lokasyonundan illik ortalama 10 milyard kubmetr hasilat olacaq və Türkiyənin illik qaz ehtiyacının (ortalama 50 milyard kubmetr səviyyəsində sabit qalacağı təqdirdə) 20%-i potensial olaraq buradan qarşılana bilər: ““Bloomberg” ötən il Türkiyənin enerji idxalına 41 milyard dollar vəsait xərclədiyini açıqlayıb. Sadəcə təbii qaz idxalı üçün isə 12 milyard dollar xərclənib. Yerli hasilat bu vəsaitin ən azı bir hissəsinin ölkədə qalmasına və enerji ixracatçısı ölkələr ilə ticarət balansının nisbətən yaxşılaşmasına imkan verə bilər. “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) təkbaşına və ya bəlkə də xarici neft-qaz şirkətləri ilə birgə konsorsium şəklində Türkiyənin dəniz sektorlarında hasilat təcürbəsini və beynəlxalq əməkdaşlığını daha da genişləndirə bilər. Bu təcrübə Aralıq dənizində də gələcəkdə fayda verə bilər”.

 

“Riskli tərəfləri isə ondan ibarətdir ki, 320 milyard kubmetr təbii qaz, Avropanın 3.4 trilyon kubmetr səviyyəsində təsbit edilmiş qaz rezervlərinin (proved gas reserves) təqribən 10%-nə bərabərdir. Rezervlərin təsnifatında istifadə edilən “3P” prinsipi kommersiya səmərəliliyi və rezervlərin həcminin nə dərəcədə dəqiq qiymətləndirilməsinə görə ehtiyatları 3 kateqoriyaya ayırır: “Proved reserves” - 90% çıxarılma ehtimalı; “Probable reserves” - 50% çıxarılma ehtimalı; “Possible reserves” - 10% çıxarılma ehtimalı. Bu baxımdan, ilkin rezervlərin nə qədər olmasından daha çox, kommersiya və texniki baxımdan bunun hansı həcminin faktiki çıxarılacağı önəmlidir”, - Aslanlı vurğulayıb.

 

O, açıqlanan ehtiyatın daha böyük bir qaz ehtiyatının (800 milyard kubmetrə qədər) bir hissəsi olduğunu qeyd edib: “Bu sahə Rumıniyanın təbii qaz tapdığı sektora yaxın olduğundan, bir ehtimala görə, söhbət ortaq və böyük həcmli qaz yatağından da gedə bilər. Bənzər bir ortaq yataq İran və Qətər arasında dünyanın ən böyük yataqlarından hesab edilən “South Pars-North Dome” birləşmiş qaz strukturudur. Böyük bir konflikt olmasa belə, ortaq yatağın istismarı, adətən qarşılıqlı ittihamlar və iddialar ilə müşahidə olunur”.

Müəllif: Mərahim Nəsib