Azərbaycan neftinin qiyməti 31 dolları keçdi

İqtisadiyyat

08.05.2020 - 11:10

Azərbaycan neftinin qiyməti bahalaşır. AYNA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,86 dollar artaraq 31,33 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az