“Etirazçılar hərbçiləri döyüb və ələ salıblar” - Tokayev

Dünya

05.01.2022 - 22:32

Həkimlər Klinikalar SEO Xidməti

Polislər arasında ölənlər və yaralananların olduğu bildirilib

“Almatıdakı iğtişaşların iştirakçıları hərbçiləri döyüb və ələ salıblar”.

AYNA xarici mediaya istinadən xəbər verir ki, bunu xalqa ikinci müraciətində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib. 

“Etirazçılar izdihamı hərbçiləri döyür, məsxərəyə qoyur, onları küçədə lüt gəzdirib, qadınları təhqir edir, mağazaları qarət edirlər. Vəziyyət Almatı şəhərinin bütün sakinlərinin təhlükəsizliyini təhdid edir”, - deyə Tokayev qeyd edib. 

Onun sözlərinə görə, polislər arasında ölənlər və yaralananlar var. Eyni zamanda, Tokayev hərbçilərə və hüquq-mühafizə orqanlarına təşəkkür edib.

“Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm”, - prezident deyib.

O, hakimiyyətin qanun pozucularına münasibətdə mümkün qədər sərt davranacağını vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş