Planın yanvarın sonunadək təqdim ediləcəyi gözlənilir
Estoniya yanvarın sonuna kimi Rusiyanın aktivlərinin müsadirə edilməsi planını təqdim etməyi planlaşdırır. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.
Qeyd olunur ki, ölkə Avropa Komissiyası Rusiya Mərkəzi Bankının ehtiyatlarından 300 milyard avronun (322 milyard dollar) və dondurulmuş milyardlarla avroluq aktivlərinin necə xaric edilməsinə dair Aİ üçün saziş hazırlayanda planı təqdim etməyi planlaşdırır.
Yanvarın 5-də Estoniyanın xarici işlər naziri Urmas Reinsalu elan edib ki, Estoniya müstəqil olaraq dondurulmuş Rusiya maliyyə aktivlərinin Ukraynaya ötürülməsi mexanizmini hazırlamağı planlaşdırır.