Alar Karis: "Rusiya lideri ilə danışıqları NATO və Avropa ölkələri birlikdə aparmalıdırlar"
Estoniya Prezidenti Alar Karis Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazır olduğunu bildirib. AYNA xəbər verir ki, bu barədə Estoniya lideri "ETV+" telekanalına müsahibəsində deyib.
“Əlbəttə, dəvət gəlsə, ona müsbət cavab vermək lazım olacaq. Əgər Putinlə görüşmək üçün əsas varsa, bunu etmək lazımdır”, - deyə Prezident qeyd edib.
Karisin sözlərinə görə, hazırda beynəlxalq vəziyyət demək olar ki, hər gün dəyişir: "Ona görə də, Rusiya lideri ilə danışıqları NATO və Avropa ölkələri birlikdə aparmalıdırlar. Düşünürəm ki, bu, hazırda ən vacib vəzifədir”.
Qeyd edək ki, A.Karis Qərb ölkələrini Rusiyanın təhlükəsizliklə bağlı təkliflərini rədd etməyə çağırıb və deyib ki, onların müzakirəsi “mümkün deyil”. Prezident Moskvanın təkliflərini “əmrlər siyahısı” adlandırıb və Rusiyadan qorxmamağa, onu cilovlamaqla məşğul olmağa çağırış edib.