Nazir üçtərəfli bəyanatın fundamental prinsiplərinin pozulduğunu deyib
“Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir”.
AYNA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistanın bu addımları postmünaqişə dövründə münasibətlərin normallaşmasına vurulan ən ciddi zərbədir:
“Üçtərəfli bəyanatın fundamental prinsipləri pozulur. Həmin prinsiplər sırasında yer almış bütün erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması öhdəliyi hələ də yerinə yetirilmir”.