Prezident özünə daha bir köməkçi təyin edib

Siyasət

29.11.2019 - 18:13

Hikmət Hacıyev Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin olunub

 

Prezident İlham Əliyevin sərəncamı ilə Hikmət Hacıyev yenidən vəzifəyə təyin olunub. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Hikmət Fərhad oğlu Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri təyin edilsin”.

 

Qeyd edək ki, Hikmət Hacıyev 1978-ci ildə keçmiş Kirovabad (indiki Gəncə) şəhərində anadan olub. 2014–2018-ci illərdə Xarici İşlər Nazirliyinin Mətbuat ‎xidmətinin rəhbəri, 2018-ci ildən indiyədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin rəhbəri vəzifələrində çalışıb.

Müəllif: Ayna.az