Qriqoryan istefası ilə bağlı bəyanatı Ermənistan Parlamentinə təqdim edib
Ermənistanın ombudsmanı Kristine Qriqoryan istefa verib. AYNA erməni mediasına istinadən bildirir ki, Qriqoryan istefası ilə bağlı bəyanatı Ermənistan Parlamentinə təqdim edib.
Qriqoryan istefasını başqa vəzifəyə keçməsi ilə əlaqələndirib. Onun sözlərinə görə, ombudsman Ali Məhkəmə Şurasının üzvlüyünə təyinat alıb.
Qeyd edək ki, K.Qriqoryan ötən ilin yanvarından insan hüquqları üzrə müvəkkil postunu tutur.