Erməni müxalifəti İrəvan metrosunun hərəkətini dayandırıb

Dünya

23.05.2022 - 10:49

Həkimlər Klinikalar SEO Xidməti

Polis onlara mane olmayıb

Bu gün səhər etirazçılar İrəvan metrosunda Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbilə hərəkəti dayandırıblar.

AYNA erməni mediasına istinadən bildirir ki, Müqavimət Hərəkatının üzvləri qatarlardan birinin qapısının bağlanmasına imkan verməyiblər.

Etirazçılar Paşinyan əleyhinə şüarlar səsləndiriblər. Polis onlara mane olmayıb.

Qeyd edək ki, müxalifət bir neçə həftədir ki, paytaxtda və digər şəhərlərdə aksiyalar keçirirlər. Etirazçılar hesab edirlər ki, Paşinyan hökumətinin siyasəti Ermənistanın təhlükəsizliyini təhdid edir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş