Erməni deputat: “Rusiya Ermənistanın müstəqil dövlət olmasına öyrəşməyib”

Dünya

13.03.2023 - 12:51

cedabet dərman SEO Xidməti

Viqen Xaçatryan: “Rusiya bizim düşmənimiz deyil, amma bizim yeganə ümidimiz olmamalıdır”

“Rusiya Ermənistanın taleyinin həmişə onunla müzakirə olunmasına öyrəşib. Buna görə də, qanuni hakimiyyət Ermənistana gələrək müstəqil şəkildə ölkənin maraqlarına xidmət etmək niyyətini bəyan edəndə, bu, münasibətlərdə gərginliyə səbəb oldu”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasının deputatı Viqen Xaçatryan deyib.

Onun sözlərinə görə, Rusiya Ermənistanın müstəqil suveren dövlət olmasına öyrəşməyib və hakimiyyətin bu cür hərəkətləri Moskvada qısqanclıq yaradır.

Xaçatryan qeyd edib ki, bu keçidi sadəcə yaşamaq lazımdır: “Rusiya Federasiyasına izah edilib ki, İrəvan Moskva ilə maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq edəcək, lakin digər məsələlərdə Ermənistan başqa tərəfdaşlar axtarmaq hüququna malikdir”.

Deputat bir müddət sonra Rusiya ilə münasibətlərdə bu gərginliyin səngiyəcəyinə əmin olduğunu bildirib.

“Rusiya bizim düşmənimiz deyil, amma bizim yeganə ümidimiz olmamalıdır, çünki hər şey Rusiyanın əlində deyil”, - deputat əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş