Ərdoğan: "Ukraynadan 5 milyon tondan çox taxıl ixrac olunub”

Dünya

26.09.2022 - 19:57

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyə Prezidenti "Taxıl sazişi" barədə danışıb

“İndiyədək Ukraynadan 5 milyon tondan çox taxıl ixrac olunub”.

AYNA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, Ankara Moskva və Kiyevlə dialoqu davam etdirir:

"“Taxıl sazişi” kimi uğura imza atmışıq. Biz koronavirus pandemiyasında olduğu kimi, yenə də panikaya qapılmadıq”.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub. Ancaq iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında baş tutan danışıqlar zamanı dünya ölkələrinə taxıl daşınmasına dair razılıq əldə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş