Ərdoğan Qazaxıstanın yeni hökumətinin tezliklə formalaşmasına ümid etdiyini bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qazaxstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.
AYNA-nın xəbərinə görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibliyi məlumat yayıb. Liderlər Qazaxıstanda baş verənləri müzakirə ediblər. Telefon danışığı zamanı Ərdoğan Qazaxıstanda yeni hökümətin formalaşmasının vəziyyətə müsbət şəkildə təsir edəcəyinə ümidini ifadə edib.
Bundan əlavə R. T. Ərdoğan sözügedən ölkədəki prosesləri Türk Dövlətləri Təşkilatının dönəm sədri olaraq təşkilata üzv ölkələrin liderləri ilə müzakirə edib.