Əfqanıstan-Pakistan sərhədində güclü zəlzələ: 4 nəfər ölüb, 150-yə yaxın insan yaralanıb

Dünya

22.03.2023 - 03:47

Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə yerləşib

Dünən axşam saatlarında Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. AYNA xarici mediaya istinadən bildirir ki, yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.

Qeyd edilib ki, zəlzələ nəticəsində Əfqanıstanda azı iki nəfər ölüb.

Zəlzələ Pakistanda da dağıntılara və ölümə səbəb olub. Bildirilir ki, yaşayış binalarının damlarının və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

“Reuters” Pakistan polisinə istinadən xəbər verir ki, 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

 

Müəllif: Ayna.az