Dünya Çempionatında rüşvət iddiası

İdman

18.11.2022 - 07:05

Qətər tərəfi Ekvadorun 8 oyunçusuna 7,4 milyon dollar rüşvət təklif edib

Qətərdə keçiriləcək Dünya Çempionatı yaxınlaşır. AYNA-nın APA-ya istinadən xəbərinə görə, Qətər-Ekvador oyunu ilə bağlı ciddi iddia ortaya atılıb.

Tədqiqatçı jurnalist Amjad Taha bildirib ki, Qətər tərəfi Ekvadorun 8 oyunçusuna 7,4 milyon dollar rüşvət təklif edib.

Qətər-Ekvador oyunu noyabrın 20-də keçiriləcək.

Müəllif: Ayna.az