Türkiyənin Diyanət İşləri sədri Əli Erbaş xütbə verib
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderləri Heydər məscidində birgə namaz qılıblar.
AYNA xəbər verir ki, namazda türk dövlətlərinin birliyinin, qardaşlığının daimi olması üçün dualar edilib.
Daha sonra Türkiyənin Diyanət İşləri sədri Əli Erbaş xütbə verib.